Facebook sosial şəbəkəsində “müştərinin səsi” adlı qurupda sosial şəbəkə istifadəçisi Səxavət Nəsirov Neşve restoranında qarşılaşdığı xoşagəlməz mənzərə haqqında paylaşım edib.
“Azərbaycan Reallığı” Sosial şəbəkə istifadəçisinin razılığı ilə sözü gedən paylaşımı təqdim edir:
“Neşve restoranına gedən və oranın xidmətindən narazı qalan xeyli adam olduğundan əminəm. Ailəvi olaraq getmişik, sifariş vermək istəyirik, deyir ancaq iftar menyusu sifariş verə bilərsiniz. Deyirəm mən əlavə sifariş etmək istəyirəm, sən necə ola bilər mənim sifariş haqqımı məhdudlaşdırasan?
Bunu birtəhər qəbul etdim və dedim, yaxşı, iftar menyusu gətirin. İftar vaxtından 25 dəqiqə sonra iftar menyusu gətirdilər və çox səliqəsiz şəkildə. Taxta qabın üstündə guya məzələr qoyulub, onların da yağı dağılıb taxtanın üstünə. Menyuda salat və quzu qovurma yazılıb, inanın cəmi 1 qaşıq salatı qoyublar düyünün yanına, deyir salat bu qədər olur. Yeməklər çox keyfiyyətsiz, xidmət səviyyəsi isə olduqca aşağı. Bir daha ora getməyəcəyimə söz verdiyim məkanlardan oldu”.
Redaksiya olaraq adı çəkilən qarşı tərəfin mövqeyin tanıyırıq…
Turantv.az