Rusiyanın Moskvadakı Hökumət Evində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar olaraq, COVID-19-un yayılmasına qarşı məhdudiyyətlər, o cümlədən maska rejimi yenidən tətbiq edilməyə başlayacaq.
Qeyd olunub ki, binaya gələnlərin sayı və işçilər arasında təmaslar azalacaq, həmçinin həm Rusiya daxilində, həm də xaricə ezamiyyətlərin sayının azaldılması nəzərdə tutulur.\\ “Report”