İran prezidenti deyib ki, Ermənilərin hüquqları mütləq qorunmalı və təhlükəsizliyi təmin edilməlidir
İran prezidenti İbrahim Rəisi bu gün “Müqəddəs Müdafiə” Həftəsi (İran-İraq müharibəsi) münasibətilə keçirilən hərbi paradda çıxış edərkən ermənilərə qahmar çıxıb:
Qarabağ Azərbaycanın bir hissəsidir, bunda şübhə yoxdur, lakin biz təkid edirik ki, ermənilərin hüquqlarının qorunması və onların təhlükəsizliyinin riayət edilməsi zəruridir;
Bölgədə ermənilərin təhlükəsizliyi və hüquqları mütləq şəkildə təmin edilməli, sərhədlərin vəziyyəti tamamilə qorunmalı saxlanmalıdır;
Qeyd etməliyəm ki, İran silahlı qüvvələri bölgədə istənilən geosiyasi dəyişikliyin, sərhədlərin dəyişdirilməsinin qarşısını müvəffəqiyyətlə alıb.