İctimai Şuranın növbəti iclası keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov iclasda hesabat məruzəsi ilə çıxış edib. Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub.
Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandığı, otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizin ata-baba yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.