Ölkədə “TikTok”a giriş rəsmi şəkildə məhdudlaşdırılmasına baxmayaraq, bu qanunları görməməzliyə vurub müəyyən qadağan olunmuş proqramlar vastəsi ilə “TikTok” platformasına qeyri-qanunu girişlər edib, müxtəlif şoular keçirənlərin sayı durmadan artmaqdadır.
Bu dəfə keçirilən yarışda finala qalanlardan biri hamının tanıdığı, inzibati qaydada dəfələrlə məsuliyyətə cəlb olunan, hətta bir dəfə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə barəsində 15 sutka müddətinə həbs qərarı verilən hamının (Baboş) ləqəbi ilə tanıdığımız Babək Cabbarovdur.
“Baboş” izləyicilər tərəfindən cinsi azlıq nümayəndəsi kimi tanınır, hətta bir neçə dəfə onun yayılan səs yazılarında da bunu özü etiraf etdiyi məlum olur. Digər finalçı isə, “Magerramov” ləqəbi ilə tanınan, söyüş və təhqirə görə “Baboş”dan heç də geri qalmayaraq dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb olunan, hətta 2 dəfə barəsində həbs qərarı çıxarılan Əmrah Məhərrəmovdur. Loru dildə desək, sosial şəbəkə istfadəçilərinin qəhrəmana çevirdiyi 2 “ZEK”in finalıdır.
Finalda isə “Baboş”a 50000 manata yaxın hədiyyə göndərildi. Əsasən də İstanbulda yaşayan iş adamı “İstanbul 100” ləqəbi ilə tanınan Tural Abbasovun göndərdiyi 40000 manatdan çox ona jest olması gündəm olub.
Oyun bitəndən sonra isə ara sakitləşmir. Digər dəstəkçilər “Baboş”un dəstəklənməsini qınayırlar. Həqiqətən qınanılası və biyabırçlıqdır. Bu məbləği Şəhid və qazi ailələrinə yardım etmək daha da faydalı olmazdımı?
Hələ bunlar azmış kimi, tərəflərin bir-biri ilə konfrans zamanı “İstanbul 100” ləqəbi ilə tanınan Tural Abbasov, əslən Naxçıvandan olduğu deyilən Fuad Hüseynov bütün Azərbaycan xalqını və çoxsaylı sosial şəbəkə izləyicilərini ağır söyüşlərlə təhqir edir. Fuad Hüseynov “Mənə bu Respubilkada nəisə deyə biləcək şəxsləri…” qurşağından aşağı söyüşlər söyməklə bir sözlə desən söyüşlərini dayandırmaq bilmir.
Ağlına yox, ağzına gələni danışan bu şəxs və şəxslərə görə Azərbaycan ərazisində “TikTok” platforması müvəqqəti olaraq məhdudlarşırılaraq qanunla girişinə qadağa qoyulub, amma görünür bəzi “papanın gül balaları” pullarına güvənərək bu platformadan rahatlıqla istifadə edərək hər kəsi istədiyi kimi söyüb təhqir edə bilər. Bunların da üfunət iyi verən söyüşlərini gənc nəsillər eşidib rahatlıqla həzm edəcək. Amma bunlar da qanunlardan rahatlıqla yaxa qurtara biləcək.
Çox maraqlıdır ki, ölkədə bəzi rəsmi qurumlar bunlara niyə nəzarət etmir? Sosial şəbəkədə dövriyyə edən bu pullar haradan gəlib hara getdiyini Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları hesabatını aparıbmı? Ümidvarıq təqdim edəcəyimiz bu faktlardan, bu görüntülərdən sonra aidiyyəti qurumlar hər hansı tədbirini əsirgəməyəcək.