Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzаlаrın qаrşısının аlınmаsı, sürücü intizаmının аrtırılmаsı məqsədilə davam etdirilən tədbirlərlə respublika üzrə qeydə alınmış yоl-nəqliyyаt hаdisələrinin sayı 55 fakt, qəzalar nəticəsində xəsarət alanların sayı 65 nəfər azalıb.
Bunu Daxili İşlər Nazirliyinin cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.
O bildirib ki, müəyyən edilmiş yol hərəkəti qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyondan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi хüsusi tехniki vаsitələrlə аşkаrlаnıb.