Ukraynadakı hərbi əməliyyatlardan sonra Rusiya və Qazaxıstanın taxıl məhsullarının satışına məhdudiyyət qoyulması Azərbaycanda ərzaqlıq buğdaya olan təlabatın ödənilməsini xeyli çətinləşdirmişdi.
Təqribən bir ay əvvəl rəsmi Bakı buğda və digər taxıl məhsullarını idxal etmək üçün əsas alternativ kimi Hindistanı görürdü.
Lakin mayın 16-da Hindistanın sənaye və ticarət naziri buğda ixracatının qadağan edildiyini elan etdi. Dehlinin yeni hökumətinin bu qərarı isə daha çox iqtisadi maraqları reallaşdırmaqla əlaqəlidir.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu açıqlamanın detallarına baxdıqda məsələnin bilavasitə qiymətlə əlaqəli olduğunu görmək mümkündür