![](https://bakuxeber.az/wp-content/uploads/2024/01/screen-41-1-1024x576.jpg.webp)
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsindəki sexdə partlayış olub. Bu haqda bu gün, 15 yanvar tarixində BakuXeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Sosial şəbəkələrdə yayılan məlumata görə, partlayış “Çinarlı park” yaşayış kompleksinin yaxınlığında olan mebel sexində baş verib.