![](https://bakuxeber.az/wp-content/uploads/2024/01/0e9156b544451a5f5597693dd8fcba99.jpg)
Sumqayıtda 30 yaşlı qadın evdən gedib, axtarılır.
Bakuxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, Bulvar küçəsi, “Mirvari City” yaşayış kompleksində 3 yanvar tarixi, saat 19 radələrində 1994-cü il təvəllüdlü Mirzəzadə Arzu Vaqif qızı yaşadığı mənzildən şəxsiyyət vəsiqəsini də götürərək gedib.
Yaxınları Arzu Mirzəzadəni axtarır.
Görənlərdən yaxınlıqdakı polis idarəsinə müraciət etmələri xahiş olunur.