Zərdab Rayon Polis Şöbəsinin iki rəis müavini sərəncama göndərilib.
Bakuxeber.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib.
Onların hər ikisi sərəncama götürülüb.
Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub.