Mediada Alı Alıyev haqda yazılar dərc olunub ki,seçkidən sonrakı dövrdə Füzuli rayon icra başçısı Alı Alıyev vəzifəsi ilə vidalaşa bilər.
Tribunainfo.az məlumat əldə edib ki, 2011-ci ildən rayona rəhbərlik edən Alı Alıyevin yerinə təyinat gözlənilir. Təxminən 13 ildir ki, bir rayona başçılıq edən Alı Alıyevlə yolları ayırmağın vaxtı çatıb. Füzuli işğaldan azad edildikdən sonra yeni status-kvo yaranıb, azad edilən ərazilərə qayıdış başlanıb, keçmiş köçkünlər doğma yurdunda məskunlaşır. Bu da yeni reallıqlar yaradıb, idarəetmədə çeviklik və mobillik tələb edilir. Ölkədə idarəçiliyin innovativ metodları, müasir həyatın tələbləri rəhbər vəzifələrdə yeni baxışı zəruri edir. Bu da yeni məmurlarla işləməyə çağırışdır. Xəbərlər var ki, Alı Alıyev işdən azad ediləcək və “Şöhrət” ordenli icra başçısı hörmətlə yola salınacaq. Qeyd edək ki, onun fəaliyyəti ilə bağlı zaman-zaman tənqidlər, ittihamlar, şikayətlər olub. A.Alıyev barəsində müxtəlif yeyinti iddiaları var. Bu məlumatla bağlı Füzuli İH-nin cavabını yaymağa hazırıq.
Mənbə:Tribunainfo.az