Abşeron Gənclər Şəhərciyində qanunsuz olaraq vətəndaşlara təzyiq edilir deyə sakinlər bildirir. Kamendat kimi özlərini təqdim edənşəxslər yəni MTK tərəfindən təyin edilən şəxslər tərəfindən vətəndaş sıxışdırılır.
“Zahid adlı və adını bilmədiyi şəxs tərəfindən təzyiqlər və həddə qorxuya məruz qaldıqların” deyən sakinlər redaksiyamız üz tutub. Bakufakt.az xəbər verir ki, Uzun müddətdir Abşeron Gənclər Şəhərciyində gedən oyunlar bitmək bilmir. Beləki, narahat edilməsini redaksiyamıza danışan xanım sakin bildirib. Yenədə qeyd edək ki, Ümumi qanunlara görə MTK sahibləri Mənzilləri tam şəkildə satdıqdan sonra onların mənzillər üzərində olan sahibkarlıq hüquqları tamamilə məhdudlaşır. Lakin vətəndaşların hüquqların bilməməsi nəticəsində MTK sahibləri bundan sui-istifadə hallarına yol verir. Qanunda isə bunun adı haqqsız qazanc əldə etmə olaraq göstərilir ki, bunada hələdə dövlət qurumları heç bir münasibət bildirmir.
Əsas məsələ xanım redaksiyamıza müraciət etməsinə səbəb olan kamunal ödənişlərlə bağlıdır. O bildirir ki, 2017-ci ilə qədər heç bir borcu olmadığı halda bu yaxında Azərişıqdan aldığı energi binaya nəzarət edən şəxslər tərəfindən kəsilib. Özlərin binanın MTK ağası kimi təqdim edənlər vətəndaşlardan səlahiyyətləri çatmayan vəsaitləri tələb edir. Zahidən qabaq komendat olan şəxs MTK adından yığılan pullarla bağlı yeyinti edib və uzaqlaşdırılıb lakin sakinlər o işçinin yediyi pulları vətəndaşlardan çıxarmaq cəhdidə qanunla qəbul edilməzdir. Hansı ki, işçi MTK məxsusdur və səlahiyyətdə ona MTK tərəfindən verilib ki sakinlərdə qanunsuz pulların yığılma prosesin həyata keçirir. Sakinlərə sima MTK tərəfindən təqdim edilən şəxsə ödənişin edib. Burada artıq sakinə heç bir aidiyyatı olmadığı halda MTK işçinin dələduzluq etməsinin cavabdehliyin sakinlərə yükləmək cəhdi var. Vətəndaş haqsız tələbin qarşısında 100 manat verib. Lakin yenədə buna aid qəbz ala bilməyib. Xanım bildirib ki, əvvəl nəzarət edən şəxsə hər bir sakin vaxtı vaxtında kamunalları ödəyib və bu gün həmin şəxsin işdən azad edilməsindən sonra bir çox sakinə qarşı haqsız tələblər başladılıb. Yeni təyin edilən Zahid və yanındakı işbirlikçisi bizdən qanunsuz tələblər edir. Kamunal adı altında vəsait tələb edirlər. Lakin ödəniş bir iki gün yubandıqda isə elektrik xətini və ya suyu kəsərək yaşamağa zəmin olan vasitələrimizi dayandırmaqla bizlərə təzyiqlər edirlər. Xanım mənzilinin sənətləri əsasında Azərişıq texniki rəy verir və həmin texniki rəy kodun açılmasından sonra mənzil elektirk enerjisi ilə təmin edilib. Vətəndaş qanuni olaraq Azərişığa ödəniş etməlidir. Amma bu özünə Komendat deyən şəxslər israrla bizə ödənməlidir deyə təzyiq edirlər. Hansı qanunla tənzimləndiyi isə heç kəsə açıqlanmır. Digər tərəfdəndə heç bir mənzilin kamunalına aid edilməyən və binanın kamunalı yəni təmizlik, lift və başqa-başqa adlar qeyd etməklə kvadrata görə alınan pullar var. Bu pullarda da gecikmə olsa yenədə işığımız qazımız və ya suyumuz kəsilir. Qışın günündə binada elektrik cihazları vasitəsi ilə evini qızdıranlar əziyyətə düçar edilir deyə bildirir. Lakin qeyd edək ki, Şikayətçinin Azərişıqa heç bir borcu olmadığı halda tez-tez işığı kəsməklə narahatçılıq yaradılır.
Sakinlərin iddialarını dinlədik. Lakin MTK ilə heç cür əlaqə saxlaya bilmədik. Yazıda adları keçən şəxs və ya şəxslər MTK rəhbərliyi məsələ ilə bağlı söz haqqı tərəfimizdən qorunur.
Mənbə: Bakufakt.az