Gəncə şəhər İcra hakimiyyətində bir neçə gün əvvəl yayılan həbs xəbəri barədə diqqətçəkən məlumat əldə etmişik.
XəbərAl.az xəbər verir ki, martın 4-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Gəncə şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Elxan Məmmədovu saxlaması xəbəri yayıldı.
Lakin Elxan Məmmədovun saxlanıldığı barədə heç bir rəsmi məlumat verilməyib.
E.Məmmədovun həbs xəbərinin yayılmasında şübhəli məqamlar ortaya çıxıb.
Həbs xəbəri hansı səbəbdən yarandı?
Məlumatda yalnız onun saxlanılmasına səbəb kimi bilinən faktdan bəhs olunur.
Qeyd olunur ki, E.Məmmədov bir müddət əvvəl Gəncədə “maklerlik” fəaliyyəti ilə məşğul olan sabiq DYP əməkldaşı, Faiq adlı şəxsin hansısa torpaq işilə bağlı sənədləşmə məsələsini həll edəcəyinə söz verib və hətta bununla bağlı Faiqdən 70 min manat rüşvət alınıb. Sonradan baş memar Faiqə bildirib ki, 70 minin üstündsən min manat özünə götürəcək. Buradan da belə çıxır ki, 69 min manatı baş memar kiməsə çatdırmalı imiş. Maraqlıdır, görəsən kimə?..
Məlumatda o da bildirilir ki, Faiqin məsələsinin həlli yubandığından və getdikcə düzəlmə ehtimalı azaldığından, o, üzləşdiyi problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Elə bu müraciət də baş memarın saxlanılması xəbərinə səbəb olub.
Elxan Məmmədovun Faiq adlı şəxsin hansı məsələsini həll edəcəyinə söz verməsindən növbəti yazımızda söhbət açacağıq. Hələlik bəzi məqamlarla bağlı araşdırma və dəqiqləşdirmə aparırıq.
Belə olduğu halda Elxan Məmmədov haqqında hüquqi tədbir göruləcəyi qaçılmazdır.
Bakuxeber.az olaraq qarşı tərəfin mövqe haqqını tanıyırıq
Mənbə: XəbərAl.az