Bakıda şagird özünü məktəb binasından yerə atıb.
Hadisənin ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir. Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən yerə atıb.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır:
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək.
“BakuFakt.az”