Xatırladaq ki, təxminən 6-7 ay öncə Məmmədova Xəyalə Oruc qızı bizim BakuXeber.az saytımızın qaynar xəttinə müraciət edərək cərrah Əhmədov İdrak Nazim oğlu haqqında iddia irəli sürərək bildirmişdir ki, Dr.İdrak Əhmədov onun burun əməliyyatını çox kefiyyətsiz və uğursuz edib.
Lakin araşdırmamız nəticəsində bəlli oldu ki, Xəyalə Məmmədovanın Dr.İdrak Əhmədov haqda irəli sürdüyü iddia əsassızdır.
Belə ki, həkim İdrak Əhmədov Xəyalə Məmmədovaya ilk yox, 2-ci bərpaedici (revizyon) əməliyyat icra edib.
Xəyalə M. daha öncədən başqa klinikada başqa həkim tərəfindən uğursuz nəticələnmiş əməliyyat keçirib. Dr.İdrak Əhmədov isə digər həkimin səhfinə və bu səhv nəticəsində burunda yaranmış əlavə problemlərə düzəliş məqsədli əməliyyat icra etmişdir.
Xəyalə Məmmədovanın birinci əməliyyatından sonra, tibbi dildə desək, burun cəpərində böyük 3,5 santimetr ölcülü perforasiya əmələ gəlmiş, sadə dildə desək burun daxilində çürümə gedib buna bağlı burun sallanıb donqarlanıb əyilib və tənəffüs çətinliyi olub. Həkim İdrak Əhmədov isə çox mürəkkəb sayılan və 8 saat davam edən cərrahi əməliyyatı uğurlu və yüksək peşəkarlıqla icra edib. Həkim, Xəyalə Məmmədovanın öz qabırğasından transplantat hazırlayaraq burunun çürümüş hissəsini tam bərpa edib, burunun estetik görkəmini və tənəffüsünü tam normal hala salıb.
Apardığımız araşdırmada məlum oldu ki, Xəyalə Məmmədovanın özü şəxsən müraciət etdiyi tibbi ekspertlər belə, Dr.İdrak Əhmədovun icra etdiyi əməliyyatın nəticəsində heç bir qüsur aşkarlamamışdır.
Biz həkim İdrak Əhmədovun göstərdiyi dəlillər və sübutlar əsasında Xəyalə Məmmədovanın bizi də aldadıb yalan məlumat verdiyinin fərqinə vardıq.
Xəyalə Məmmədovanın bu addımı təbii ki xoşa gəlməzdir və ən əsası şər böhtan kompaniyasından başqa heç bir şey deyil.
Məlumat üçün bildirmək istəyirik ki, İdrak Əhmədov Azərbaycan Tibb Universitetini bitirib. Rusiya Moskva şəhərində ordinatura və aspirantura təhsilləri alıb, 2011ci ildə Moskva şəhərində tibb elmləri namizədi alimlik dərəcəsini müdafiyə edib, 2014cü ildə Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsini müdafiyə edib. Zabit rütbəsi daşıyıb, Müdafiyə Nazirliyinin , Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin aparıcı tibb müəsissələrində məsul vəzifələrdə işləyib. Dəfələrlə ölkəmizdə və xaricdə çoxsaylı elmi mühazirələrlə çıxış edib. 5 min üzəri uğurlu cərrahi əməliyyat icra edib.
Çox təəssüf ki, son zamanlarda həkimlərin bu cür əsassız böhtanlara məruz qalması faktları artıb.
Və bunu edən insanların hədəfi illərini bu işə vermiş, böyük təcrübəsi və iş nüfuzu olan həkimlərdir.
Onlar düşünürlər ki, həkim min bir əziyyətlə qazandığı hörmət və insanların inamını ondan hədə qorxu ilə tələb olunacaq bir neçə min manata görə riskə atmaz və onların istədiyi məbləği rahatlıqla verər.
Bəli, təəssüflər olsun ki bunu edənlər var.
Ancaq sözü gedən həkim İdrak Əhmədov öz işinə və peşəkarlığına, etdiyi əməliyyatın nəticəsinə əmin olduğu üçün bu hədə qorxulara baş əymədiyindən Xəyalə Məmmədova əslsiz böhtanlarını böyük kütləyə yaymış və təəssüflər olsun ki, bizi də bu işinə alət etmişdir.