Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevə
Surətləri:
Azərbaycan Respublikasının birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikasının Baş Prokuroru 1 dərəcəli dövlət ədliyyə müşaviri
cənab Kamran Əliyevə
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri
cənab İnam Kərimova
Bakı Ağır Cinayətlər məhkəməsinin sədri
cənab İsmayıl Xəlilova
Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi
cənab Vüqar Quliyevə
Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 11 E, mənzil 73 ünvanında yaşayan
Lətifzadə Elmir Rizvan oğlu tərəfindən
Tel: 050-642-46-42
ƏRİZƏ
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin icraatında olan və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ağayev Ramin Elşən oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxsəm.
Təqsirləndirilən şəxs Ramin Ağayev qanunsuz və əvəzsiz olaraq 106.000 manat pulumu dələduzluq yolu ilə ələ keçirtmişdir.
Təqsirləndirilən şəxs Ramin Ağayev zərər çəkmiş şəxslərə ümumilikdə 177.231 manat maddi ziyan vurmuşdur.
Hesab edirəm ki, Ramin Ağayev barəsində hazırlıq iclasında həbs qətimkan tədbiri seçilməlidir.
Belə ki, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli, 2 e-li qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır.
“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 16-cı bəndində göstərilmişdir ki, şəxsin həbsdə saxlanılmasına bəraət qazandırılması üçün əsaslı şübhə ilə yanaşı digər əsaslar cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq kimi əsaslar mövcud olmalıdır.
Təqsirləndirilən şəxs Ramin Ağayev azadlıqda olduğu təqdirdə məhkəmədən qaçıb gizlənəcəkdir və məhkəmənin normal gedişinə mane olacaqdır. Eyni zamanda şahidlərə və digər prosess iştirakçılarına qanunsuz təsir göstərəcəkdir.
Cinayət işi üzrə toplanmış materiallar, həmçinin Ramin Ağayevə istinad edilən əməlin ictimai təhlükəliliyi, xarakteri, onun şəxsiyyəti, ağır cinayət əməli törətməsini, onun cinayət prosesini həyata keçirən orqandan gizlənməsinə, əgər azadlıqda qalarsa yenidən həmin cinayəti törətməklə cəmiyyət üçün təhlükə yarada bilməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmənin normal gedişinə mane olmaq ehtimalına kifayət qədər əsasları nəzərə alaraq Ramin Ağayev barəsində məhkəmənin 15 aprel 2024-cü il tarixdə keçiriləcək hazırlıq iclasında həbs qətimkan tədbiri seçilməsindən ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə tövsiyyə xarakterli məktub göndərməyinizi Sizdən xahiş edirəm.
İmza: Lətifzadə Elmir Rizvan oğlu