Yasamal rayon Abbas Mirzə Şərifzadə 195 ünvanda heç bir sənədi olmadan geniş ərazini zəbt edən obyekt inşa olunub.
Bu barədə “Azərbaycan Reallığı”na göndərilən video-faktda qeyd olunur.
“İcazəsi olmayan obyektin hansı məmurun hansı icra orqanlarının istəyi ilə inşa olunması bəlli deyil.
Bununla bağlı araşdırmalarımızı aparıb növbəti sayımızda məlumat verəcəyik” deyə sözü gedən video-faktda qeyd olunur.