Milyonları mənimsəyən Gündüz Əliyev və Gülnarə Bayramovanın həbsinin qarşısını Zakir Fərəcov alır?
Milyonları mənimsəyən Gündüz Əliyev və Gülnarə Bayramovanın həbsinin qarşısını Zakir Fərəcov alır?Araşdırma11:38 | 14.05.24Azərbaycanda ağır cinayətlərdə ittiham olunan Sumqayıt şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər təsərrüfatı şöbəsinin müdiri Gündüz Əliyevdir. Ən qəribəsi isə şəhər təsərrüfatı şöbəsinin müdiri olan bir məmurun həm də pedaqoji fəaliyyətlə məşğul olmasıdır. Belə ki, Gündüz Əliyev SDU fəlsəfə kafedrasının baş müəllimidir. Bİr müəllimin cinayətdə ittiham edilməsi halında tələbələrə hansı düzlükdən danışdığı biz media əməkdaşlarınada maraqlıdır. Özü və bacısı haqqında başlanan cinayət işi artıq məhkəmə qarşısındadırsa SDU bu şəxsin fəaliyyətinə məhkımı prosesi bitənə qədər niyə xitam verməyib deyə sualda yaranır.Gəlin, faktlara nəzər yetirək. Bakunews.az media resurslarında yayılan xəbərlərə istinadla bildirir ki, Gündüz Əliyevin korrupsioner fəaliyyətinə görə barəsində cinayət işi məhkəmə qarşısındadır. Gündüz Əliyevin hətta doğma bacısı belə cinayətdə ittiham edilir. Lakin onu ört-basdır etməyə çalışıblar. İlk növbədə bu fakta diqqət edək: söhbət “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlardan gedir. Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.Sumqayıt şefi Zakir Fərəcovun iş adamlarının pulunu mənimsəməsində ən yaxın adamlarından hesab olunan Gündüz Əliyevin də iştirakı olub. Ona görə Gündüz MÜƏLLİM ciddi təşviş içindədir. Sumqayıt şəhərinin girişində, Dənizkənarı Bulvarının yenidən qurulması zamanı həyata keçirilən təmir-tikinti işlərindən sonra yaranmış 10 milyonlarla manat borc qalmaqalında əsas günahkarlardan biri kimi, birbaşa, adı keçir.Zakir Fərəcovdan pullarını indiyədək ala bilməmələrinin əsas səbəbka elə həmin “Zəmanət Məktubu”nun müəllifi Gündüz Əliyevdir deyə sahibkarlar bildirib. Yeri gəlmişkən, onu da qeyd edək ki, belə yalan “Zəmanət Məktubu” kimi saysız-hesabsız “rəsmi sənədlərlə”, Gündüz Əliyev, təkcə bu 10 nəfərdən çox iş adamının deyil, həm də, onlar kimi çoxlarının başına “torba tikib”.Zakir Fərəcovun əsas adamı və “sağ əli” kimi tanınan, eləcə də şəhər üzrə həyata keçirilən bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin ictimaiyyət üçün də çox maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan bu şəxs məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər öz vəzifəsində nə üçün işləyir?! Çoxda keçmiş olmayan zaman kəsiyində İcra başçılarının mənimsəmə ittihamlarında yeddi icra başçısı bu günə qədər həbs həyatı yaşamalı olub. Qanun aliliyi İcra başçılarına tətbiq edilsədə G.Əliyevə bu qanun tətbiq edilə bilmir. Etibarlı məbələr bu şəxslərin Ramiz Mehdiyev tərəfindəndə himayə edilməsi ilə bağlıda məlumatlar verir.Sumqayıtdakı dəyəri 5 milyon manat hesablanan “gözqamaşdırıcı” daha bir obyektinin fotosu yayıldı. Sumqayıt Bulvarında inşa edilən bu obyekt əyləncə üçündür. Şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdirdiyi sual yaradır.Gündüz Əliyevin adı Sumqayıt Şəhər İcra Hakimiyyətində indiyədək baş verən bütün qalmaqal və çəkişmələrin əsas baiskarı kimi öndə çəkilib. Rəhbər şəxslər arasında münasibətlərin açıq gərginlik səviyyəsinə keçməsi, aralarındakı mübahisələrin az qala bir-birlərinə fiziki güc tətbiq etmə həddinə qədər çatması üçün, bütün iyrənc metodları işə salıb.Gündüz Əliyevin maliyyə piramidasında yüksəlişi 2014-cü ildən çox əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə keçmiş MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Bir dönəm Eldar Mahmudovun istəklərinə boyun əyməsinədə yönıələn əməliyyat zamanı açıqlamasında şəxs mebel sexindən bu qədər qazancı əldə etdiyin vurğulayıb. MTN-nin “Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları “Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından puların daşınması üçün daha doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın “Sultan” kafesində gerçəkləşdirilməsidir. “Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.
Mənbə: Bakunews.az saytı