![](https://bakuxeber.az/wp-content/uploads/2024/06/1718017823_1718016024_ilham-sefer3.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gedib.
“BakuXeber.az“ xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.