“Azərbaycan Reallığı”na müraciət edən A.İsmayılzadə (Adı və soyadı şərti verilib – red.) bildirir ki, bir neçə gün bundan əvvəl instagram sosial şəbəkəsində “hüquq_merkezi_ ” adlı səhifəyə yazaraq onlardan hüququ məsləhət istəyib onlara hazırda boşanma işimin məhkəmədə olduğunu bildirdim.
Özünü vəkil kimi təqdim edən Səbiyyə Pənahəliyeva adlı şəxs məhkəmə işimdə mənə mülkiyyətin bölünməsində kömək edəcəyi vədini verərək ilkin olaraq məndən 225 manat dövlər rüsumu ödəmək üçün pul aldı, daha sonra məndən depozit adı ilə 3500 manat.
Beləliklə müxtəlif bəhanələrlə umumilikdə 10172 manat pulumu ələ keçirdi. Bu məbləğləri 5239151704548067 və 5243754442106355 saylı kart hesablarına köcütmüşəm. Görüşmək və müqavilə imzalamaq üçün mənə dediyi Həsən Əliyev küçəsinə getdikdə isə orada ona məxsus hec bir ofisin olmadığını aşkar etdim. Ödənişlərin qarşılıqında heç bir iş görə bilmədiyini hiss etdim.
Verdiyim məbləği geri istədikdə isə müxtəlif bahanələr uyduraraq vaxtı uzadırdı. Səbiyyə Pənahəliyevaya məsələni ictimailəşdirəcəyimi bildirdim, o məndən bunu etməməyimi xaiş edərək pulu 1 günə qaytaracaqına söz verdi lakin bu vədinə də əməl etməyərək mənə hədə-qorxu gəlməyə başladı.
“Səni başqa medialarda paylaşaraq rusvay edərəm kimi təhdidlər edir. Buradan hüquq-muhafizə orqanlarından xüsusən də Daxili İşlər Nazirliyindən xaiş edirəm mənim pulumu geri qaytarmaqda mənə köməklik etsin. Bu şəxsin əməllərini araşdırsın. Bəlkə də mənim kimi neçə insan bu şəxsin dələduzluq əməlinin qurbanı olub” deyə vətəndaş bildirir.
“Azərbaycan Reallığı” olaraq yazıda adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.