Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nağıyev Qalib tərəfindən
M Ü R A C İ Ə T
Cənab Prezident!
Şikayətim İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Paşayev barəsindədir.
Cavabdeh və məhkum Mirvəli Tağıyevdən İmişli rayonu Qulubəyli Bələdiyyəsinin möhür-ştamp və maliyyə sənədlərinin alınıb İmişli rayonu Qulubəyli Bələdiyyəsinə təhvil verilməsi barədə İmişli rayon Məhkəməsinin 2(036)-979/2023-007 nömrəli 09.02.2023-cü il tarixli icra sənədi İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ramil Paşayev tərəfindən icra olunmur. 2 il məhkəmə süründürməçiliyindən sonra Ramil Paşayev icra sənədini icra etməyərək öz vəzifəsini yerinə yetirmək istəmir. Məqsəd 2024-cü ilin dekabr ayında keçiriləcək Bələdiyyə seçkilərinə qədər müxtəlif qanunsuz üsullarla icra sənədi üzrə icraatı gecikdirməkdən ibarətdir. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə etdiyim şikayətimə əhəmiyyət verilmir.
Məlumat üçün bildirirəm ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-348/24 nömrəli 21.06.2024-cü il tarixli hökmü ilə Mirvəli Tağıyev CM-nin 188.4.1, 308.1 və 313 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Eyni zamanda Mirvəli Tağıyevin İmişli rayonu Qulubəyli Bələdiyyəsindən qanunsuz yolla əldə etdiyi külli miqdarda pul vəsaitinin Bələdiyyənin hesabına ödənilməsi də hökmdə öz əksini tapmışdır. Bütün göstərdiklərimə baxmayaraq cavabdeh və məhkum Mirvəli Tağıyev hazırda da heç bir səlahiyyəti olmadığı təqdirdə Bələdiyyə sədri kimi fəaliyyət göstərir və Bələdiyyənin möhür-ştampından qanunsuz istifadə etməklə idarələrə, təşkilatlara və vətəndaşlara arayışlar verir. İmişli RPF-nın rəhbərliyi Qulubəyli Bələdiyyəsinə ünvanlanan məktubların məhz sabiq Bələdiyyə sədri Mirvəli Tağıyevə verilməsi barədə xüsusi tapşırıq verib. Qanunu heçə sayan Mirvəli Tağıyev barəsində aidiyyəti idarələr tədbir görmürlər.
Xahiş edirəm müraciətim barəsində qanunamüvafiq tədbir görülsün.
İmza: Q.Nağıyev
01.08.2024-cü il