Noyabr ayının 3-dən etibarən tanınmış müğənni Şəbnəm Tovuzlu haqqında bir çox saytlarda xoşagəlməz qeyri etik xəbərlər tirajlanır.
Bakuxeber.az olaraq məsələylə bağlı Şəbnəm Tovuzlunun “Piyar Meneceri” Şahanə Ayazqızı ilə əlaqə saxladıq.
Şahanə xanım qeyd etdi ki,məlum məsələdir ki,bu xəbəri Ş.Tovuzlunun uğurlarını həzm edə bilməyən hansısa cılız və zəif şəxs tərəfindən zakaz olunaraq dərc edilib.
Ş.Ayazqızı Şəbnəm Tovuzlu’nun bu məsələylə bağlı fikirlərinidə qeyd etdi.
* Şəbnə Tovuzlu *
Şəbnəm Tovuzlu xebrdarlıq etdi ! 03.11.2024 tarixində Lent.az saytına istinadən bir çox ssytlar, mənim şərəf və ləyaqətimə xələl gətirən sifarişli yazı dərc edilib . Həmin xəbər saytlarına səslənirəm qısa zaman ərzində bu şantaj xarakterli xəbər silinsin. Və bir daha haqqımda bu kimi xəbərlərin yazılmasını qadağan edirəm. Əks halda Məhkəməyə müraciət edəcəm.
Qanun qarşısında cavab versinlər…