Müğənni Nura Suri sosial şəbəkə hesabına qiymət artımına etirazını bildirib. Bakuxeber.az statusu təqdim edir.
Qalxa-qalxa qiymətlər hara çatmaq istəyir ki? Dollar da qalxsın, manatın dəyəri də get-gedə ölür onsuz da.
İctimai nəqliyyatdan varlılar istifadə etmir, kasıb cərimə ödəsin, kommunal ödəsin, ərzaq və dərmanı nəylə ödəsin bəs? Pulu necə qazansın yaşamaq üçün?
Bir dəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər. O bir uşağı böyütmək üçün də dövlət yardım etsin təhsilinə, həkiminə. Başqa nə təklifləriniz var, yazın.