Nərimanov MKTB-nin rəisi Prezidentin göstərişlərinə əməl etmir?BİABIRÇILIQDIR
Xia.az xəbər verir ki, Nərimanov MKTB-nin 20 saylı mənzil-kommunal istismar sahesinin balansında çalışan Ruhiyyə Rüstəmova son günlərdə sosial şəbəkələrdə Cənab Prezidentə müraciət edərək bildirir ki, sözü gedən idarədə hakksızlıq baş alıb gedir.Cənab prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, hansı məmur vəzifəyə göndərilirsə oranı qazanc mənbəyi kimi düşünməsin. Onu o vəzifəyə xalqa dövlətə xidmət etsin deyə təyin edirəm. Şikayətçi Ruhiyyə xanımın söylədiklərinə nəzər salsaq, Nərimanov MKTB-nin rəisi Manaf Manafovun ölkə başçısının sözlərini heçə saydığının şahidi olarıq. Şikayətçi bildirir ki, adı olub özü olmayan işçilərin maaş kartları müdirlər üçün gəlir mənbəyinə çevrilib. Həmin şəxslərin də işini diger süpürgəçilər görür. Süpürgəçi övladlarına ayıracaq zaman belə tapmır.
Həttda şikayət etdiyinə görə onu incidirlərdə. Manaf Manaov öz işçisinə bu qədər laqeyd davranaraq onun həyatın heçə sayır? Hər bir tapşırıq yerinə yetirilib, heç bir problem yoxdur, məlum problemlər öz həllin tapıb cümlələri məmurların ağız dolusu ifadə etdikləri sözlərdir. Bəs bu gün ölkənin gündəminə çevrilən, iş saatından dəfələrlə artıq işlədilən, üstəlik buna görə nəvacib almayan, övladlarına zaman ayıra bilməyən Ruhiyyə Rüstəmovanın bu problemləri nə zaman aradan qaldırılacaq?
Xia.az saytının redaktoru Amil Hüseynov bildirib ki, *Xalqına millətinə xidmət edən bir Azərbaycan qadını bu gün acınacaqlı vəziyyətdə ölkənin gündəminə çevrilirsə, həmin idarənin xalqa, millətə, dövlətə xidmətdən danışmağa heç bir hakkı yoxdur.*
Mənbə : XİA.AZ