Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli dünyasını dəyişib.
Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub. O, “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnısı ilə məşhuraşıb.
2023-cü ildə insult keçirən meyxanaçı da ağır ürək problemi yaranmışdı. Bu səbəbdən onun bədəninə su yığılırdı. Uzun müddət müalicə almasına baxmayaraq, ağır vəziyyətdə olan meyxanaçı sağlamlığına qovuşa bilmədi