Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən xəbərinə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub