![](https://bakuxeber.az/wp-content/uploads/2022/05/20aac8658d7bd5c9660dfc9373c5f84b.jpeg)
Göygöldə baş verən qəzanın bəzi təfərruatları məlum olub.
Minik avtomobilinin sürücüsü sərt döngədə sürət həddini düzgün seçməyib.
“Mercedes” yoldan çıxaraq restoranın həyətinə düşüb. Qəza zamanı avtomobildə olanlar – 1985-ci il təvəllüdlü Cəfərov Vüsal Namiq oğlu, 1985-ci il təvəllüdlü Mamedov Rac Yusif oğlu və 1974-cü il təvəllüdlü Qocayev Teyyub Ismayıl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Qəza vaxtı restoranın həyatında adam olmayıb. Faktla bağlı araşdırma aparılır