Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib.
Görüşdə doğma yurda qayıdışa hazırlaşan məcburi köçkünlərin ölkəmizdə yeni tətbiq olunan mediasiya barədə məlumatlılıq səviyyəsinin artırılması, bu məqsədlə maarifləndirici tədbirlərin təşkili və onları mediasiya xidmətindən istifadəsinə dəstək göstərilməsinin vacibliyi vurğulanıb, birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Görüşün sonunda qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.