Şəmkirdə baş verən qəzada həlak olan gənclərdən biri 24, digəri 25 yaşında imiş.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
Məlumata görə, Aşağı Seyfəli kəndində “Lada Priora” markalı minik avtomobili ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər