İlham Əliyevin sərəncamı ilə 801 məhkum əfv olunub, 463 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib.
Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Əfv olunanlar arasında “Vətəndaş və İnkişaf Partiyası”nın sədri Əli Əliyev və Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov da var.