Suraxanı rayonunda son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və silsilə oğurluqlar edən ümumilikdə 109 nəfər saxlanılıb .
Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar