Prodüser Təranə Səmədova polis əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb.
O, mayın 10-da saxlanılaraq Nəsimi rayonunda polis bölməsinə aparılıb.
Səmədova həmin vaxt polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.
Prodüserin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Qərara əsasən, o, 400 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsilmişdi.
Xatırladaq ki, dünən aparıcı Lalə Azərtaş Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində Təranə Səmədovanın yeddi aylıq hamilə olduğunu və həbs olunduğunu deyib.