Lənkəranda “Milla” şirkətinə məxsus süd toplama məntəqəsində özbaşınalıq və saxtakarlıqlara yol verilir.
“BakuXeber.az” xəbər verir ki, Lənkəranda “Milla” südtoplama məntəqəsində ciddi saxtakarlıq halları aşkarlanıb.
Belə ki, həmin məntəqənin 8 işçisi olmaqla yanaşı, onların heç biri ilə əmək münqaviləsi rəsmiləşdirilməyib.
Digər tərəfdən, iddiaya əsasən, Mais Talışxanov bölgədə süd yığımınıda və məhsulun istehsalında müxtəlif üsullar vasitəsi ilə inhisar halların yaranmasına yol verir.
Bildirilir ki, “Milla”ya ferma südü toplanıldığı iddia olunsa da, yerli əhalidən üzü yığılmış yağsız südlər alınır və bu südə palma yağı qatılaraq zavoda göndərilir.
Məntəqə müdiri Mais Talışxanovun bu saxta əməllərini isə onun “Milla”da çalışan tələbə yoldaşının ört-basdır etdiyi iddia edilir.
Hazırda sözügedən məntəqədə süd antisanitar şəraitdə toplanılır. Sexə daxil olan məhsulun tərkibinin yoxlanılmaması da irəli sürülən iddialar sırasındadı.
Çünki məntəqədə heç bir laboratoriya və antibiotikləri aşkarlayan xüsusi aparatlar yoxdur. Südün tərkibinin yoxlanması üçün məhlul ve cihazlardan istifadə olunmadığını deyən mənbə südün standartlara uyğun olmayan qaydada yığılaraq Bakıya göndərildiyini bildirib.
Qeyd olunur ki, məntəqədə yalnız onun seçdiyi insanlardan süd qəbul edilir.
Bunun səbəbini aydınlaşdırmaq üçün “Milla” qəbul məntəqəsinə edilmiş müraciətə cavab olaraq bildirilib ki, onlar guya yalnız “texniki yolla sağılmış südü” qəbul edirlər. Halbuki rayonun heç bir fermasında süd sağımı avtomatlaşdırılmayıb.
Yığılan məhsulun digər göstəricilərini artırmaq məqsədi ilə südə müxtəlif kimyəvi qatqılar əlavə edilərək Bakıya yola salınır.
Təəssüflər olsun ki, Mais Talışxanovun bu kimi saxta və üzdən iraq əməlləri “Milla” şirkətinin rəhbərliyində fəaliyyət göstərən yaxın qohumu və dostları tərəfindən ört-basdır edilir.
“Milla” dan şikayət edən vətəndaşlar yuxarıda sadalanan faktların yerində araşdırılmasını və bu özbaşınalığa son qoyulmasını tələb edirlər. Mənbə:(Yenicag.az)