“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakuxeber.az APA-ya istinadən xəbər verir ki, Yanvar ayının 30 da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, ona 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.
O, elektron qolbaqla təmin olunacaq.