Bakıda ailəsinin 5 üzvünü baltalayaraq öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi təfərrüatlar məlum olub.
BakuXeber.az xəbər verir ki, Space televiziyasında yayımlanan Amil Xəlilin müəllifi olduğu “Gəl,Danış” verilişinə zəng edən Nadir adlı Xaçmaz sakini bildirib Əhməd məni boğub sonra da bıçaqladı:
“4-5 il öncə Müşfiqabad qəsəbəsinə oğlumun yanına gəlmişdim. Əhməd mənə yaxınlaşıb saatı soruşdu. Sonra isə üstümə hücum etdi. İlk olaraq Əhməd məni boğub, sonra isə bıçaqlamışdı. Mən özümdən gedəndən sonra Əhməd cibimdəki pulu və telefonu da oğurlamışdı. Hətta bununla bağlı polisə də müraciət etmişəm. Bu hadisə Müşfiqabad qəsəbəsində olmuşdu. O zaman Əhmədin 19-20 yaşı var idi. Əhməd tək deyildi. Əhmədin yanında saçı uzun və buruq olan oğlan da var idi”.