AFTV.az xəbər verir ki, Ramin İsgəndərov, Aynurə Hacıyeva və bacısı Samirə ilə birgə restoranda Şirməmməd Hüseynova qarşı cəmiyyətə açıq hörmətsizlik hərəkətləri ilə bağlı 20-ci polis şöbəsində təhqiqat aparılır.
Qeyd edək ki, Təhqiqatçı Ayxan Məmmədov tərəfindən aparılan araşdırma Cinayət Məcələsinin 221-ci maddəsinin tələblərinə uyğunluq təşkil edir. Təhqiqat tərəfindən aparılan araşdırma zamanı hadisənin baş verdiyi məkan olan “Yaşıl Ada” Restoranın müşahidə kameralarından görüntülər əldə edilib. Lakin təhqiqat araşdırmasına ciddi maniə olan müdaxilə nəzərə alınıbdır. Beləki, hadisənin baş verdiyi gün saat üzrə görüntülər restoran sahibi olan Kamaləddin Əliyev tərəfindən təhqiqata yanlış təqdim edilib. Təhqiqatın gedişatına maneə yaratmaq istənildiyi, zərərçəkmiş Şirməmməd Hüseynova hadisə anı təqdim edilərkən aşkarlanıb. Ş.Hüseynov dərhal məsələni başa düşərək təhqiqatçıya etirazın bildirərək bu görüntülərdə olan hadisə heçdə baş vermiş hadisə ilə uzlaşmayır deyə bildirib. Məsələ zərərçəkmiş və təhqiqatçı tərəfindən aydınlaşdırıldıqdan sonra hadisə yerinə zərərçəkmişlə əməliyyatçıların getməsi barədə qərar qəbul edilib.
Digər tərəfdən qeyd edilməlidir ki, Şirməmməd Hüseynov 2 ilə yaxındır Füzuli və Kamaləddin qardaşlarına məxsus olan iki restoranda da hər gecə aparıcı və müğənni olaraq fəaliyyət göstərib. Lakin fəaliyyət dövründə “Yaşıl Ada” 200 azn və “By Şahbazov” adlı restoranlarında isə 760 manat civarında müğənniyə borclu qalaraq məvacibini verməyiblər. Qeyri rəsmi dəftərlərinə guya müğənniyə ödəniş etdiklərini qeyd edərək bəzi media qurumlarınıda bu cür yalanlarla inandıraraq keçən yazımıza görə təkzib yazdırtdırmışlar. Amma görəsən cəmdə 960 manat borclu olan restoran müğənnini döydürərək borca xitam vermək məqsədi daşıyır…? Məsələnin əsas qaynağı isə bu restoranlarda haqqın tələb edən şəxslərə bu tip oyunlar qurulmasıdır. Haqq tələb edən şəxslər ya dərhal işdən qovulur və haqları hissə-hissə ödənilirmiş. Lakin kimlərə ki, pul ödəmək istəmirlərsə onlara qarşı başqa tip oyunlar qurulur. Onlardan şikayət edən şəxslərə qarşı isə yanlarında işləyən şəxsləri yalançı şahid qismində polis məhkəmə orqanlarına göndərirlər. Bu şəbəkə tipli fəaliyyət artıq illərdir “Yaşıl Ada” və “Baku Music Holl” indiki adı ilə “BY ŞAHBAZOV” adlı restoranlarında davam edir. Bir çox dövlət quluqçuları ilə şirinlik edən onlara restoranlarında qonaqlıqlar verdikdən sonra məkrili planlarına onları daxil etməyidə unutmamaq lazımdır. Şirməmməd Hüseynovun şikayətini geri götürməsi və mediada yayılan materyaların silinməsi tələbi ilə basqı edən Kəmaləddin Əliyev yaxın qohumları Rəhimov Vüsal və bir neçə şəxsidə şər-böhtanla müğənninin üzünə durquzmaq yönündə planlar qurur deyə etibarlı mənbə bildirib. Hətta Aynurə Hacıyevanın ona hücum etməsi azmış kimi sosial səhifələrdə paylaşılan video görüntü ilə bağlı polis bölməsinə Şirməmmədlə bağlı şikayət etməsidə bunun maddi subutudur. Şəxs şikayət edir ki, məni sosial səhifələrdə videom niyə olmalıdır. Restoran sahiblərinin dediyi kimi işçilər onlara qarşı şikayət edənlərdən şikayət etmədikdə işdən çıxarılır. 25.02.2024-cü il tarixində saat 23:54-də “Yaşıl Ada”dan bir şəxslər danışarkən həmin şəxsin telefonunu əlinə alan Samirə telefonda Şirməmməd Hüsynovu təhqir etdikdən sonra hədə-qorxu gələrək sənin gör başına nə oyun açacam deyərək təhqirlər yağdırıb.
İndi isə biz sual edirik:
– Aparıcı ilə müğənni arasında düşən dava-dalaş zamanı Aynurə Hacıyeva ilə bacısı Samirə niyə müğənniyə hücum çəkib?
– Siz kimsiz və restoranda sizin vəzifəniz nədir? QOÇU YOXSA OFİCİANT?
– Restoran sahibisiniz yoxsa Ramin İsgəndərovun cangüdəni işləyirsiniz?
20-ci Polis Şöbəsində gedən araşdırma göründüyü qədər bunların heç vecinədə deyil. Əksinə o qədər arxayın düşən və himayədarlarına arxalanan bu bacıların ilk və son cinayət əməli deyil. Bu hadisədən bir həftə öncə Elada adlı xanım işçini şərləyərək onu döyüb işdən qovan bacılar bu gündə müğənniyə etdiklərinin cəzasız qalacaqın düşünürlər. Lakin Azərbaycan Respublikası qoçuluq sitemi ilə deyil Qanunlarla idarə edilir. Bacıların iri gövdəli olması sanki qoçu qadın mühafizəçiləri başqa adlarla işdə saxlayan restoran müdiri məqsədli intiriqa yaratmaqdadır.