Ətrafımızda ən azı bir dəfə də olsa, belə hadisə ilə rastlaşırıq: “Falçıya getdim, hər şeyi bildi. Dedi ki, filan şeyləri edəcəyəm problemlərin həll olunacaq”. Aramızda falçıların belə ümidverici sözlərinə inananlar da az deyillər.
Belə fırıldaqçı dələduz falçılardan biri də Gəncə şəhər Sabir küçəsi adlanan ərazidə Nataşa adlı qadındır.
Nataşa xanım insanları guya gələcəyi görür adı ilə aldadır, pullarını alır. Yanına gələn insanların sayı hesabı yoxdur. Bu qadın utanmadan camaatı aldadır. Özünə biznes qurub pul qazanır. Deyəsən Nataşa adlı fırıldaqçı qadın sahə müvəkkili, həmçinin bütün hüquq mühfizə orqanlarının dilini ağzını bağlayıb. Bəs görəsən rəsmi qurumlar, aidiyyatı orqanlar öz vicdanları qarşısında Nataşa adlı qadının bu fırıldaqçı əməllərinə necə göz yumurlar?
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Cənab Vilayət Eyvazov yazıb sizdən xahiş edirik ki, Nataşa xanım və onun bu iyrənc əməlləri barəsində tədbir görmələrini üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov