Polis polkovnik-leytenantı Anar Rüstəmov Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bakuxeber.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, bir müddət əvvəl Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.