Azərbaycanda doqquz yaşlı uşaq faciəvi şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Lənkəran rayonu, Beleton kəndində qeydə alınıb. Kənd sakini 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.
Qardaşı tərəfindən təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.
Faktla bağlı araşdırma aparılır.