Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
31 yaşlı Şəhriyarın hansı səbəbdən 23 yaşlı arvadı Ləman Ələsgərovanı öldürdüyü ictimaiyyətə qaranlıq qalıb. Bakufakt.az həmin cinayət işinin materiallarını əldə edib.
İttihama görə, hadisə ötən il noyabrın 29-u saat 13 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı qonşuluqda yaşayan şəxslə qucaqlaşdığını görərək onu öldürmək qərarına gəlib. Bu səbəbdən Şəhriyar Ələsgərov arvadı Ləman Ələsgərovanı mətbəx bıçağı ilə qətlə yetirib və meyitini evin həyətinə atıb. Hüquq-mühafizə orqanları tərəfindən Şəhriyar Ələsgərov tutularaq istintaq təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Məhkəmədə Şəhriyar Ələsgərov özünü təqsirli bilib. O deyib ki, Ləmanla 2014-cü ildə ailə həyatı qurublar:
“Birgə nikahdan 3 qız övladımız olub. Usta kimi işləyib ailəmi saxlamışam. Ailə qurduqdan sonra Ləmanla münasibətlərimiz yaxşı olub, lakin 2019-cu ildən etibarən ailə münaqişələri baş verməyə başlayıb. Belə ki, arvadımın anası və atası bizim ailə işlərimizə qarışırdılar. Bu səbəbdən evdə söz-söhbət olurdu. Mən səhər çıxıb, axşam gəlirdim. Ləmanın yaxınlıqda yaşayan Könül adlı qadının evinə gedib-gəldiyini qızımdan eşitdim. Mən ondan Könülgilə hansı səbəbdən getdiyini soruşdum, lakin o mənə yalandan dedi ki, Könülgilə getmir. Ləman mənim evdə olmadığım zamanlar artıq hər gün marketə və digər yerlərə getmək adı ilə evdən çıxması məndə şübhələr yaratmışdı. Onun başqa bir kişi ilə görüşdüyünü güman edirdim. Bu səbəbdən Könülgilə getdim və ondan bildiklərini deməsini xahiş elədim. Könül mənə dedi ki, Ləman narkotik vasitədən istifadə edir və Taleh adlı şəxslə görüşür. Mən evə gələrək Ləmandan Taleh barəsində soruşdum. O, mənə heç kimlə münasibət saxlamadığını dedi. Onunla aramızda ciddi münaqişə yarandı. O, polisə zəng edərək yalandan dedi ki, ərim məni döyür”.
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə aralarında olan mübahisələrin birində Ləmanın əsassız şikayəti əsasında inzibati qaydada həbs olunub:
“Artıq Ləmanın mənə xəyanət etdiyinə əmin idim. Bir dəfə onun Talehlə görüşməklərinə şahid olmuşam. Talehin idarə etdiyi gümüşü rəngli “Chevrolet Niva” markalı avtomobilin arxa sərnişin oturacağında Ləmanı gördüm. Ləman isə məni görüb həyəcanlı şəkildə oradan uzaqlaşdı. Evə gəldim, aramızda dava oldu. Ondan tələb etdim ki, video çəkiliş qarşısında mənə xəyanət elədiyini etiraf etsin. O çəkiliş qarşısında mənə 5 dəfə xəyanət etdiyini dedi. Lakin əməlindən peşman olduğunu və övladlarına görə bir daha belə bir halın baş verməyəcəyinə söz verdi. Bundan sonra 3 qız övladıma görə Ləmanı bağışladım